İki meşənin ortasında, çayın birbaşa yanında yerləşən A-Frame ev. 220 m² ev, 12 sot həyət, 4 otaq, isti hovuz, həyət mətbəxi və manqal, uşaqlar üçün «Arı şəhərciyi» əyləncə zonası. Şəhərin səs-küyündən uzaq — təbiətdə dincəl, evdəki komfortdan vaz keçmə!
10–12
Qonaq
220 m²
Ev sahəsi
12 sot
Həyət
4
Otaq
3
Sanuzel (2 daxili, 1 həyət)
İsti hovuz
Hovuz
Evi 360°-də gəz
İki meşənin ortasında
Çayın birbaşa yanında
Evin içinə addım at
Sizi gözləyənlər
İsti hovuz
Yaşıl həyətdə yalnız sizin üçün isti açıq hovuz.
Həyət mətbəxi & manqal
Manqal, samovar və açıq mətbəxlə həyətdə tam ziyafət.
Uşaqlar üçün cənnət
«Arı şəhərciyi» əyləncə zonası, yelləncək, sürüşkən və uşaq beşiyi.
Təbiətin qoynunda
İki meşənin ortasında, çayın birbaşa yanında.
İstirahətinizin təbiətlə harmoniyası
Bungalow Azerbaijan – təbiətin qoynunda rahatlıq, sakitlik və komfortu bir araya gətirən istirahət məkanıdır. Bizim məqsədimiz şəhərin səs-küyündən uzaqlaşaraq, qonaqlarımıza təbiətlə iç-içə, eyni zamanda ev rahatlığında unudulmaz bir təcrübə yaşatmaqdır.
Burada hər detal sizin rahatlığınız üçün düşünülüb. Geniş həyət sahəsi, şəxsi hovuz, uşaqlar və böyüklər üçün əyləncə zonaları, tam təchiz olunmuş ev şəraiti və təmiz hava – hər şey ideal istirahət üçün hazırlanıb.
Bizim üçün qonaq sadəcə müştəri deyil, ailəmizin bir parçasıdır. Ona görə də hər bir ziyarətinizdə sizə yüksək xidmət, səmimi münasibət və rahatlıq təqdim etməyə çalışırıq.
Bungalow Azerbaijan – istirahətinizin təbiətlə harmoniyası.
İsti hovuz
Yaşıl həyətdə sərinlik
Açıq hava və mənzərə
Təchizat
Otaqlar və yataq
- 4 otaq
- 2 tək taxt
- 3 ikinəfərlik taxt
- İstəyə uyğun 2 əlavə yataq
- Uşaq beşiyi
Elektronika
- Smart TV (140 ekran)
- 5 kondisioner
- Soyuducu
- Paltaryuyan
- Qabyuyan
- Mikrodalğa
- Elektrikli soba
- Kofe aparatı
- Toster
- Tefal
- 2 fen
- Mikser
- Ütü
- Tozsoran
Oyun və əyləncə
- PlayStation 5 (2 pult + oyunlar)
- Nard, domino, şahmat, şaşki
- Kart, UNO, Loto
- Monopoly (Azərbaycan dilində)
Həyət
- İsti hovuz
- Həyət mətbəxi
- Manqal
- Samovar
- Böyüklər üçün yelləncək
- Uşaq yelləncəyi (6 yaşa kimi)
- Sürüşkən (8 yaşa kimi)
- «Arı şəhərciyi» uşaq əyləncə zonası
Sağlıq
- İlk yardım qutusu
Kommunal
- İşıq
- Su
- Qaz
- Kombi istilik sistemi
- WiFi
İki meşənin ortasında, çayın yanında
Qəbələ · Vəndam
İki meşənin ortasında, çayın birbaşa yanında yerləşən A-Frame ev. 220 m² ev, 12 sot həyət, 4 otaq, isti hovuz, həyət mətbəxi və manqal, uşaqlar üçün «Arı şəhərciyi» əyləncə zonası. Şəhərin səs-küyündən uzaq — təbiətdə dincəl, evdəki komfortdan vaz keçmə!
Qeydlər
- Ev daxilində və həyətdə qazon üzərində siqaret çəkmək qadağandır.
- Əmlak təhvil-təslim zamanı yoxlanılır; zədələnmə hallarında məsuliyyət müştəriyə aiddir.
Səhərdən gecəyə
Təbiətlə bir ritmdə
Rezervasiya
Boş günləri seçin və müraciətinizi göndərin.